PDF Oxu

Siyasət

  • 18

Tamerlan Vahabov: “Azərbaycan bütün sahədə qonşuları ilə əməkdaşlığa açıqdır” AÇIQLAMA

Tamerlan Vahabov: “Azərbaycan bütün sahədə qonşuları ilə əməkdaşlığa açıqdır” AÇIQLAMA

"Azərbaycan-Türkiyənin hərbi təlimləri praktiki və birgə təlimlərə hesablanıb". Bunu SİA-ya Beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə mütəxəssis Tamerlan Vahabov Azərbaycan-Türkiyə hərbi təlimlərinin təşkili, gələcək planları haqqında danışarkən deyib.Mütəxəssisin sözlərinə görə, heç kimə sirr deyil ki, Türkiyə artıq NATO-nun üzvüdür: "Baxmayaraq ki, Azərbaycanın silahlandırılması, silah arsenalı hələ NATO standartlarına uyğun deyil, ancaq bu onu göstərir ki, ölkəmiz hər bir sahədə qonşuları ilə əməkdaşlığa (əsasən də Türkiyə) açıqdır. Təbii ki, təlimlərin də başlanğıc, əsas məqsədi müxtəlif fərqli hərbi sistemləri olan ölkələrin hərbi təhlükəsizlik baxımından birgə fəaliyyətinin inkişaf etdirilməsidir.Azərbaycan-Türkiyənin hərbi təlimləri praktiki və birgə təlimlərə hesablanıb. Hansı ki, bu təlimlər gələcək potensial olaraq təhdidlərin, çağırışların qarşısının alınmasına yönəlib. Bundan başqa Türkiyə və Azərbaycan dövlətləri arasında müdafiə sənayesi sahəsində (yeni döyüş texnikası, yüngül, ağır silahlar, havadan müdafiə qurğuları və s.) böyük layihələr mövcuddur".

sia.az

Digər xəbərlər