PDF Oxu

Siyasət

  • 24

Zahid Oruc: “Sülh sazişinin beynəlxalq vasitəçilərin əli ilə reallaşacağı inandırıcı deyil”

Zahid Oruc: “Sülh sazişinin beynəlxalq vasitəçilərin əli ilə reallaşacağı inandırıcı deyil”

"Hazırki beynəlxalq və regional şərait Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə tənzimlənməsini qeyri-mümkün edir". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, bu gün Ukrayna məsələləri üzərindən Rusiya ilə savaş aparan Qərb dairələrinin, bütün bunları bir kənara qoyaraq Dağlıq Qarabağ mövzusunda şimal qonşumuzla dil tapa biləcəyinə Azərbaycan xalqını inandırmaq çox çətindir: "Şərti olaraq sabah sülh sazişinin sənəd üzərində hazırlanmasının şahidi olsaq belə onun reallığa çevrilməsi, hüquqi cəhətdən qüvvəyə minməsi və regiona tətbiq edilməsi qeyri-mümkündür. Çünki, dərhal kənar maraqlar elə bir şəkildə burada toqquşacaq ki, onlar Azərbaycan üçün əlavə problemlər törədəcəklər. Ona görə də hesab edirəm ki, burada ikinci Ukrayna cəbhəsinin açılmasına ehtiyac yoxdur və biz beynəlxalq maraqların toqquşmasının Qafqazda da təkrarlanmasını istəmirik".Z.Oruc bildirib ki, sülh sazişi məsələsini arzulamaq və bəyan etmək nə qədər önəmlidirsə, bunun üçün lazım olan tədbirlər işə salmaq bir o qədər vacibdir: "Bu gün ABŞ Rusiya ilə sanksiyaların dili ilə danışır. Hətta Ukraynanın Krımı, Luqanskı və Donetskinin hər cür vasitə ilə geri qaytarılmasına bəraət verirlər və bunun üçün silah da göndərirlər. O zaman nə üçün bunun mində birini Azərbaycan üçün etmək istəmirlər? Nəyisə arzulamaq 90-cı illərin əvvəlində bizim üçün mühüm bəyanat kimi görünə bilərdi. Bu gün isə yox. Çünki bəyanat verilirsə, ardınca lazımlı tədbirlər həyata keçirilməlidir. Buna əməl edilmirsə, deməli bu özünü münsif kimi göstərmək və Rusiyaya zərbə vurmaq üçün Qarabağ cəbhəsindən alət kimi faydalanmaqdır".Millət vəkili vurğulayıb ki, yaxın vaxtlarda sülh sazişinin beynəlxalq vasitəçilərin əli ilə reallaşacağına inanmıram.

sia.az

Digər xəbərlər