PDF Oxu

Siyasət

  • 36

Vüqar Rəhimzadə: “Avropa Parlamenti heç bir əsasa söykənməyən qondarma qətnamə qəbul edib” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Avropa Parlamenti heç bir əsasa söykənməyən qondarma qətnamə qəbul edib” AÇIQLAMA

"Bu, Leyla Yunus və onun kimi insanların kimliyini ortaya qoyur"

"Çox təəssüflər olsun ki, Avropa Parlamenti heç bir əsasa söykənməyən qondarma qətnamə qəbul edib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Avropa Parlamentinin Azərbaycanı ittiham etməsinə və bununla bağlı qətnamə qəbul etməsinə münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, bu, müəyyən mənada Leyla Yunus və onun kimi insanların kimliyini bir daha ortaya qoyur: "Hesab edirəm ki, o parlamentarilərin əksəriyyəti heç Azərbaycanda belə olmayıb. Bu bir daha onların qərəzli, qeyri-obyektiv olduqlarını ortaya qoyur. Hətta deyərdim ki, bütün bunlar ölkəmizə qarşı təzyiq vasitəsi sayıla bilər. Avropa Parlamentində bu qətnaməni qəbul edənlərin əksəriyyəti Azərbaycanda olmayıblar. Axı necə ola bilər ki, onlar sonda bu qərarı versinlər? Bu bir daha onların yanlışlığını ortaya qoyur. Azərbaycan müstəqil, qüdrətli dövlətdir və özünün də müstəqil siyasəti var. Avropa Parlamentində əyləşən və qərəzli qətnamələr qəbul edənlərin əksəriyyəti anti-Azərbaycan qüvvələrin, bədxahların əlində alətə çevriliblər. Hesab edirəm ki, bütün bunlar onların özlərinə qarşı yönəlib və obyektivliklərinə kifayət qədər zərər vuran əsaslar yaradıb.Ermənilərə, ermənipərəst qüvvələrə, Azərbaycanın düşmənlərinə xidmət göstərən Leyla Yunusu müdafiə etməyin özü birmənalı şəkildə onların obyektivliyinə şübhə yaradır. Hətta onlar Ermənistanın özündə belə cəhd etdilər ki, Leyla Yunusu müdafiə etsinlər. Bununla belə digər beynəlxalq təşkilatlar da çalışırlar ki, ermənilərə xidmət edən, onlara qulluq edən, siyasətlərinə dəstək olan Leyla Yunus və onun kimi digərlərini beynəlxalq təşkilatlarda müdafiə etinlər. Düşünürəm ki, çox haqlı olaraq Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı qəti tədbirlər görüblər və Leyla Yunusu həbs ediblər".

sia.az

Digər xəbərlər