PDF Oxu

Siyasət

  • 37

Siyavuş Novruzov: “Leyla Yunus Azərbaycan qanunlarına qarşı çıxıb” AÇIQLAMA

Siyavuş Novruzov: “Leyla Yunus Azərbaycan qanunlarına qarşı çıxıb” AÇIQLAMA

"Leyla Yunusun həbsxana yoldaşlarını, vəkilləri aşağılaması, təhqir etməsi bütövlükdə insanların hüquqlarının pozulmasıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.YAP rəsmisinin sözlərinə görə, Leyla Yunus nəinki orada həbsxana yoldaşlarını, vəkilləri, eləcə də vətəndaşların gözü qarşısında insanların təhlükəsizliyi qoruyan polisi təhqir edib: "Əgər kiməsə qarşı qanun pozulubsa, bunu aydınlaşdırmaq üçün məhkəmə mövcudur. Onda belə çıxır ki, biri digərini təhqir edirsə onu mütləq yolda tutub döyməlidir? Leyla Yunus ömrü boyu və qəsdən polisə, həbsxana işçilərinə, yoldaşlarına qarşı təhqirlə məşğul olub. Bu şəxs bütün hallarda Azərbaycan qanunlarına qarşı çıxıb və onu pozub".

sia.az

Digər xəbərlər