"Ermənistanın informasiya agentliyi olan "armen.com" bir neçə gün bundan öncə Avropada fəaliyyət göstərən erməni "Aydraka" təşkilatının açıqlamasını yaydı. Bu təşkilat bütün səyini ortaya qoyaraq Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsinə çalışıb".Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.Avropa Parlementində Azərbaycan əleyhinə qəbul olunan qərəzli qətnamənin mahiyyətindən danışan A.Mollazadə qeyd edib ki, qətnamənin qəbulu Avropa Birliyində erməni təsirinin olduğunu göstərir: "Erməni lobbisi Azərbyacana qarşı hər cür fürsətdən istifadə edərək yalnış məlumatlar yayır, dezinformasiyalar vasitəsilə beynəlxalq qurumlara təsir etmək istəyir və ölkəmizin Avropa ilə əlaqələrinə xələl gətirməyə çalışır. Bir sözlə, bu qətnamənin arxasında ermənilər durub. Məhz ermənilərin səyi, təsiri ilə ölkəmiz əleyhinə qərəzli, qeyri-obyektiv, heç bir fakta söykənməyən qətnamə qəbul olunub".
sia.az