PDF Oxu

Siyasət

  • 25

YAP rəsmisi: “Müxalifət üçün vətənpərvərlik hissi yaddır” AÇIQLAMA

YAP rəsmisi: “Müxalifət üçün vətənpərvərlik hissi yaddır” AÇIQLAMA

"Müxalifət həmişə Azərbaycana səfər edən xarici qonaqlarla görüşdə ölkəmizdəki vəziyyətdən şikayət etməyə çalışıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseurun müxalifətlə görüşdən imtina etməsinə münasibət bildirərkən deyib.Aydın Mirzəzadənin sözlərinə görə, müxalifət üçün vətənpərvərlik, Azərbaycanın problemlərini beynəlxalq təşkilatların diqqətinə çatdırmaq hissi yaddır: "Müxalifəti ancaq partiyadaxili və şəxsi maraqlar maraqlandırır. Bir qayda olaraq ölkə müxalifəti partiya maraqlarını ümummilli maraqlardan üstün tutur. Görünür artıq onların bu xüsusiyyətindən beynəlxalq təşkilatlar kifayət qədər məlumatlı olduğuna görə bu cür görüşlərə həvəs göstərmirlər. Azərbaycan ildən-ilə beynəlxalq təşkilatlar üçüm böyük maraq kəsb etməyə başlayıb. Ölkəmizdə demokratiyanın inkişafı insan hüquqlarının qorunması istiqamətində atılan ciddi addımlar göz önündədir.Azərbaycanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və s. aparılan işlər öz nəticəsini verir. Hansı ki, dünyanın bir çox müstəqillik qazanmış ölkələrində sadaladığım amillər çatışmır. Ölkənin inkişafdan geri qalmasına, sosial problemlərin ağırlığının yükünə sonradan beynəlxalq təşkilatlar tərəfindən də cəhdlər olunur. Azərbaycan isə bütün bunlara bir nümunədir. Hesab edirəm ki, AŞPA prezidenti Azərbaycana səfərini işgüzar söhbətlərə, ölkəmizdə gedən proseslərlə tanışlığa, Azərbaycan-AŞPA arasında olan yeni layihələrin müzakirəsinə daha çox üstünlük verir. AŞPA prezidentinin Azərbaycanın dövlət qurumları ilə rəsmi görüşləri ölkəmizin məsuliyyət fəaliyyəti haqqında onlarda tam təsəvvür yaratmağa imkan yaradır. Digər tərəfdən AŞPA rəsmisi Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə çox sıx görüşlər keçirir".

sia.az

Digər xəbərlər