PDF Oxu

Siyasət

  • 37

Fazil Mustafa: “AXCP-nin adının dəyişməsinə ehtiyac var” TƏKLİF

Fazil Mustafa: “AXCP-nin adının dəyişməsinə ehtiyac var” TƏKLİF

"Çünki, partiya faktiki olaraq qəzet üzərində fəaliyyət göstərir"

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu günki vəziyyəti bizi maraqlandırmır. Çünki bu təşkilatın Azərbaycan cəmiyyətinə təsir mexanizmləri sıfıra bərabərdir". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa ötən gün AXCP-də baş verən istefalara münasibət bildirərkən deyib.BQP sədrinin fikrincə, bu gün AXCP-nin fəaliyyəti yalnız bir qəzet üzərində qurulub: "Təklif edərdim ki, AXCP adını dəyişərək "Azadlıq" - Xalq Cəbhəsi Partiyası qoysun. Hesab edirəm ki, bu partiya qəzetin adı ilə adlandırılmalıdır. Çünki, partiya faktiki olaraq qəzet üzərində fəaliyyət göstərir. Qəzetdən kənar nə sosial şəbəkədə, nə cəmiyyətin ümumi həyatında hər hansı bir şəkildə bu qurumun rolu müşahidə edilmir. Ona görə də AXCP-də baş verən istefalara diqqət yönəltməyin mənası yoxdur. Çünki AXCP-də baş verənlər, o cümlədən istefalar Azərbaycan cəmiyyətində ciddi qarşılanmır".Fazil Mustafa gələcəkdə də bu kimi istefaların baş verəcəyini istisna etməyərək bildirib ki, bunu gözləməyə dəyər: "AXCP-də növbəti istefalar da baş verəcək. Bunu gözləməyə dəyər. Çünki hədəflər tam başa çatmayanda bu hadisələr gözləniləndir".Xatırladaq ki, ötən gün AXCP-nin Ali Məclisinin üzvü Elçin Rüstəmli partiyadan istefa verdiyini bəyan edib.

sia.az

Digər xəbərlər