PDF Oxu

Siyasət

  • 28

Tahir Kərimli: "Arif Hacılı hakimiyyətə gələ bilməyən xəttin nümayəndəsidir" MÜNASİBƏT

Tahir Kərimli: "Arif Hacılı hakimiyyətə gələ bilməyən xəttin nümayəndəsidir" MÜNASİBƏT

"Əslində Müsavat başqanlığına namizədliyini irəli sürən Arif Hacılı uduzmuş hakimiyyətin və hakimiyyətə gələ bilməyən xəttin nümayəndəsidir. Baxmayaraq ki, o, Müsavat yaranandan ordadır, ancaq uduzanlardan biridir". Bu fikirləri Sİa-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.Onun sözlərinə görə, partiyaya yeni nəfəs istəyirlər: "Ona görə də Qubad İbadoğlu hakimiyyətə daha loyal ola bilər. Bunu arzulayanlar da çoxdur. Digər namizədlərin də spesifik bazaları mövcuddur. Lakin bir məsələ var ki, onlar regionları ələ almağa çalışırlar. Çünki regionlarda olan insanların səsini qazanmaq istəyirlər. Qeyd etmək lazımdır ki, onlar arasında rəqabət sağlam formada aparılmır. Vəziyyət az qala düşmənçilik həddinə gəlib çıxıb".O həmçinin qeyd edib ki, Müsavat Partiyasının növbəti qurultayının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilməsi partiyanın özünün mahiyyətini ortaya qoyur: "Hakimiyyət orqanları əvvəldən bu yeri onlar üçün ayırmışdılar, lakin getmirdilər. Deməli məqsədləri o idi ki, vaxtı uzatmaqla manevrlər etsinlər. Bu da özlərinin xeyrinə görülən iş deyildi. Bu baxımdan hətta texniki məsələ belə Müsavatın xeyrinə olmadı. Digər tərəfdən hətta İsa Qəmbər başqanlıqda qalsa belə, Müsavatı xilas etmək mümkün deyil. Çünki təşkilatda kifayət qədər parçalanma var. eyni zamanda partiya daxilində namizədlərin bir-birini qəbul etməməsi də müəyyən çətinliklər yaradır"."Şübhəsiz ki, namizədlərin arxasında özlərinə uyğun bazaları var və hər biri özlərini gözdən salmaq üçün çalışırlar. Bu da o deməkdir ki, Müsavat yeni mərhələyə güclü deyil, zəif şəkildə qədəm qoyacaq. Yəni, Müsavat qurultaydan sonra bir qədər də zəifləyəcək. Dəfələrlə qeyd etmişəm ki, Müsavat və AXCP digər müxalifət partiyalara nisbətən daha iri şəkildə qalmasının səbəbi onların fəaliyyəti deyil, onların bir-birinin yükünün daşımasıdır. Bu da onların öz təşkilatlarının qoruyub-saxlamaq gücləri yoxdur. Yəni yeganə üstünlükləri keçmiş adlarıdır. Ancaq adları hesabına partiya qalacaq"- deyə, Vəhdət Partiyasının sədri məsələ ilə bağlı fikirlərinə əlavə edib.

sia.az

Digər xəbərlər