PDF Oxu

Siyasət

  • 25

Asim Mollazadə: “Paris görüşdən də ciddi nəticə gözləmirəm” MÜNASİBƏT

Asim Mollazadə: “Paris görüşdən də ciddi nəticə gözləmirəm” MÜNASİBƏT

"Azərbaycan beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə göstərdiyi diqqətə müsbət yanaşır. Ancaq biz bu məsələyə yanaşmanın dəyişdirilməsinin tərəfdarıyıq. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə deyib.Millət vəkili vurğulayıb ki, bu gün gündəmdə Azərbaycan və Ermənistan prezidentlərinin kimlərinsə təşəbbüsü ilə görüşməsi deyil, işğal edilmiş ərazilərimizin azad edilməsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası dayanır: "Hesab edirəm ki, sülhə aparan addım bundan ibarətdir. Biz həmsədr ölkələrin dövlət başçılarından Ermənistanı sülhə məcbur etməsini gözləyirik".Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə keçiriləcək görüşdən gözləntilərini açıqlayan millət vəkili deyib ki, Ermənistan bu görüşdə də danışıqların emitatsiyası ilə məşğul olacaq: "Hesab edirəm ki, Ermənistan yenə də ciddi danışıqlardan yayınacaq. Ona görə də Fransa prezidenti Fransua Ollandın təşəbbüüsü il keçiriləcək görüşdən ciddi nəticə gözləmirəm".Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə keçiriləcək görüşünün oktyabrın 10-da Parisdə baş tutacağı gözlənilir.

sia.az

Digər xəbərlər