PDF Oxu

Siyasət

  • 27

Hikmət Babaoğlu: “Leyla Yunusu Azərbaycan hüququndan himayə edə bilməyəcəklər” AÇIQLAMA

Hikmət Babaoğlu: “Leyla Yunusu Azərbaycan hüququndan himayə edə bilməyəcəklər” AÇIQLAMA

"Leyla Yunusun həbsindən ajiotaj düzəltmək onu müdafiə edən, Azərbaycan cəmiyyəti, dövlətçiliyi əleyhinə olan anti-Azərbaycan mərkəzlərinin siyasətidir. Onlar bu insan ətrafında xüsusi bir obraz, aldadıcı bir illuziya formalaşdıraraq, onu qəhrəman kimi təqdim etmək istəyirlər". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.H.Babaoğlu təəssüflə deyib ki, bəzi hallarda Azərbaycan mediasının ayrı-ayrı nümunələri, sosial media bu tələyə düşürək cəmiyyət tərəfundən qəbul edilməyən şəxslər haqqında müxtəlif informasiyalar yayıtlar: "Bir sıra islamafob dairələr, anti-Azərbaycan mərkəzlər millətə və dövlətə qarşı xəyanət yolunu tutan, milli maraqları anti-Azərbaycan mərkəzlərə satan insanları həmişə himayə və motivasiya ediblər. Onların fəaliyyəti maddi və mənəvi şəkildə dəyərləndirilir ki, bu adamlar məhz anti-Azərbaycan mərkəzlərin maraqlarını təmin etsinlər, milli maraqlara zərbə vursunlar. Belə insanlardan biri də Leyla Yunusdur. Henri Kissencer deyirdi: "ABŞ ona görə güclü dövlətdir ki, biz öz içimizdə olan satqınları beşiyindəcə boğduq. Ölkəmizdən kənarda olan satqınları isə hakimiyyətə gətirdik. Beləliklə biz gücləndik, onlar isə zəiflədilər". Ayrı-ayrı imperialist mərkəzlər tərəfindən belə insanlar üzərində oyunlar qurulur. Nəticə etibarı ilə onlar bu və ya digər ölkədə süni şəkildə nüfuzlu insana çevrilir. Müxtəlif hakimiyyət ierarxiyasında müəyyən səlahiyyət sahibinə çevrilməklə istismarçı Qərbin alətinə, onların maraqlarını icra edən mexanizmə çevrilirlər. Leyla Yunusla bağlı məsələ də budur. Ona görə də vaxtaşırı anti-Azərbaycan mərkəzlər və islamafob dairələr tərəfindən belə insanlara müdafiə və himayə cəhdləri göstərilir. Amma onlar arxayın olsunlar ki, onların bu cəhdləri Leyla Yunusu Azərbaycan hüququndan himayə edə bilməyəcək".

H.Babaoğlu qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətdə hüquqdan kənarda məkan yoxdur: "Hüquq cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış formasıdır. Yəni, bu gün hüquqi müstəvidə kimsə hər hansı bir məsələ ilə bağlı ittiham olunursa, deməli bu cəmiyyətin iradəsidir, bununla hesablaşmaq lazımdır. Əks təqdirdə, nə dövlət, nə hüquq, nə də hüquqi sistem olardı. İnsanlar hüququ və dövləti ona görə formalaşdırıblar ki, cəmiyyət üçün zərərli olan ünsürləri cəmiyyətdən təcrid etsin. Heç kimə sirr deyil ki, Leyla Yunus insan hüquqlarının müdafiəsi adı altında Azərbaycan cəmiyyətinin maraqlarını təhdid edib. Ona görə də Leyla Yunus Azərbaycan cəmiyyətinin iradəsinə uyğun olaraq cəzalandırılmalı idi. Yəni bu gün biz ədalətin, hüququn təntənəsinin şahidiyik və hər bir vətəndaş hüquq qarşısında bərabərdir".

sia.az

Digər xəbərlər