"İstərdim ki, jurnalistlər beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların mövcudluğundan danışması ilə bağlı özləri yaxşı bir tədqiqat aparsınlar. Jurnalistlər görsünlər ki, həmin təşkilatlar harada yerləşir və orada vəziyyət necədir. Bundan sonra isə onlar həmin vəziyyətlə Azərbaycandakı vəziyyəti müqayisə etsinlər". Bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov SİA-nın əməkdaşının " beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların mövcudluğundan danışması ilə bağlı" sualını cavablandırarkən deyib."Azərbaycanda siyasi məhbus yoxdur. Biz bu məsələyə dəfələrlə aydınlıq gətirmişik. Azərbaycanda yalnız müəyyən cinayət işləri görüb, özünü siyasətçi donunda təqdim edənlər var. Onların da hərəsi bir yerə qaçıb gizlənirlər. Axı ölkəyə xəyanət etmək, Azərbaycan maraqlarını ayaqlar altına salmaq, kimlərəsə xidmət etmək və s. nəyə lazımdır?"- deyə, Novruz Məmmədov qeyd edib.
sia.az