PDF Oxu

Siyasət

  • 29

Alpay Əhmədov: “Bu addımlar ictimaiyyətdə gülünc doğurmaya bilməz” AÇIQLAMA

Alpay Əhmədov: “Bu addımlar ictimaiyyətdə gülünc doğurmaya bilməz” AÇIQLAMA

"Rusiyanın Ukraynada praktiki əldə etdiyi qələbə fonunda Ermənistan prezidenti Serj Sarkisyanın Vatikanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq çox çətin bir məsələ olmasına dair sərsəm fikirləri gözlənilən addım idi". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov deyib.Politoloq hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərin mövqeyi artıq bəllidir: "Sarkisyan görür ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısı alınmır, o biraz da ruhlanaraq bu kimi bədnam çıxışlar edir.Sarkisyan bu məsuliyyətsiz bəyanatları söyləməklə birmənalı şəkildə rəsmi Moskvaya arxalanır. Bu hər zaman belə olub. O da bir reallıqdır ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən xeyli çoxdur. Son vaxtlar isə Qərbin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik missiyası kosmetik xarakter daşımağa başlayıb. Təbii ki, bu da ictimaiyyətdə gülünc doğurmaya bilməz".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Vatikanda səfərdə olarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq çox çətin bir məsələ olduğuna dair sərsəm bəyanat səsləndirmişdi.

sia.az

Digər xəbərlər