PDF Oxu

Siyasət

  • 35

Baş redaktor:“Müxalifət ictimaiyyətin ciddi qınağı ilə üz-üzədir”

Baş redaktor:“Müxalifət ictimaiyyətin ciddi qınağı ilə üz-üzədir”

"Xədicə İsmayılova başda olmaqla müxalifətin digər nümayəndələri isbat etdilər ki, bu günə qədər müstəqil mətbuatın onlar haqqında yazdıqları doğrudur". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu AXCP sədri Əli Kərimlinin adamlarının- Xədicə İsmayılova və digər cəbhəçilərin Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in zirvə toplantısında Ermənistanın mövqeyindən çıxış etmələrinə münasibət bildirərkən deyib."Ayrı-ayrı obyektiv mətbuat orqanlarında Xədicə İsmayılova, Əli Kərimlinin ətrafında olan digər şəxslərin ermənilərlə birgə iş birliyi ilə bağlı məqalələr yazılır, onların eyni mərkəzdən idarə olunduqları fikirləri irəli sürülür. Ümumiyyətlə, müxalifətçilik milli və dövlət maraqlarına qarşı olmur. Ancaq müxalifət bu hərəkətləri ilə sübut etdi ki, onlar məhz Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı müxalifətdədirlər. Bu mənada hesab edirəm ki, Əli Kərimli və onunla əlaqədə olan mətbuat orqanları sözün həqiqi mənasında bu gün Azərbaycan ictimaiyyətinin ciddi qınağı ilə üz-üzədir. Onlar bu hərəkətləri ilə anti-Azərbaycan mərkəzləri ilə eyni mövqeni paylaşdıqlarını sübut etmiş olurlar"- deyə, H. Babaoğlu qeyd edib.

sia.az

Digər xəbərlər