PDF Oxu

Siyasət

  • 29

Müşviq Ələsgərli: “Obamanın burada müəyyən maraqları var" AÇIQLAMA

Müşviq Ələsgərli: “Obamanın burada müəyyən maraqları var" AÇIQLAMA

"ABŞ-da fəaliyyət göstərən beynəlxalq QHT və təşkilatlar ("Freedom House", "Human Rights Watch" və s.) ciddi şəkildə Azərbaycan haqqında neqativ rəy formalaşdırmaqla məşğuldurlar". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli ABŞ prezidenti Barak Obamanın Vətəndaş institutları haqqında Azərbaycana yönəlik fikirlərinə münasibət bildirərkən deyib.Sədr müavininin sözlərinə görə, ABŞ prezidenti tərəfindən ölkəmizə qarşı səsləndirilən fikirlər onu göstərir ki, Obamanın da burada müəyyən maraqları var: "Ölkəmizə qarşı bu kimi fikirlər artıq bir neçə dəfədir ki səsləndirilir. Azərbaycan ictimaiyyəti də neçə illərdir ki, ABŞ-dan olan QHT-lərin, beynəlxalq statuslu təşkilatların ölkəmiz barədə neqativ yüklü, qərəzli informasiyalar yaydığını sübut etməyə çalışır. O ki qaldı Obamanın fikirlərinə, ABŞ prezidenti özü hesabat hazırlamır. Bu işləri onun köməkçiləri həyata keçirirlər. Lakin ölkəmizlə bağlı qeyri-obyektiv fikirlərin Obama tərəfindən səsləndirilməsi onu göstərir ki, onun da burada müəyyən maraqları var".

sia.az

Digər xəbərlər