PDF Oxu

Siyasət

  • 33

BMT İnkişaf Proqramının rəhbəri Azərbaycana gəlir

BMT İnkişaf Proqramının rəhbəri Azərbaycana gəlir

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) rəhbəri Helen Klark 1-4 oktyabr 2014-cü il tarixlərində Azərbaycana səfər edəcək. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Helen Klark yüksək rütbəli hökumət nümayəndələri, qadın siyasətçiləri, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliklərlə görüşəcəkdir. Həmçinin Xanım Klarkın IV Bakı Beynəlxalq Humanitar Forumda iştirakı planlaşdırılır.

sia.az

Digər xəbərlər