PDF Oxu

Siyasət

  • 20

“Gəncliyə Çağırış” layihəsinin bağlanış mərasimi keçirilib

“Gəncliyə Çağırış” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə bu ilin iyul ayının 1-dən start verilən "Gəncliyə Çağırış" layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, layihə Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsinin C kateqoriyası üzrə qalib olub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Ceyhun Əyyubov layihə çərçivəsində görülən işlər haqqında ətraflı məlumat verib.Diqqətə çatdırılıb ki, "Gəncliyə çağırış" layihəsinin əsas məqsədi gənclərə milli dəyərlərimizi xatırlatmaq, aşılamaq, əxlaqi dəyərlərin gənclik, cəmiyyət üçün böyük önəmini çatdırmaqdır. Bundan başqa gəncliyin üzərinə düşən ictimai məsuliyyəti onlara xatırlatmaqdır: ""Gəncliyə çağırış" layihəsi çərçivəsində təşkil edilən seminarlarda, debatlarda, görüşlərdə gəncliyin özünə, cəmiyyətə, ailələrinə, yaşlı və əlil insanlara və dövlətə qarşı məsuliyyətləri ilə bağlı təcrübəli pedaqoq, psixoloq, çalışdığı sahədə uğur qazanan insanlar (millət vəkili, yazıçı, şair, aktyor, idmançı, jurnalist və s.), alimlər öz məsləhətlərini, nəsihətlərini verib, təcrübələrini bölüşüblər. Bununla belə, gənclər arasında sorğular keçirilib və həftədə bir dəfə televiziyada yayımlanan "Gəncliyə çağırış" adlı verilişdə ekspertlərin iştirakı ilə gəncləri maraqlandıran, onlar üçün aktual olan mövzular müzakirəyə çıxarılıb, debatlar təşkil olunub". Ceyhun Əyyubov onu da əlavə edib ki, milli və mənəvi dəyərlərlə yanaşı, adət və ənənələrini bilməyən gənclərin əxlaqdan, ədəbdən, həyadan, dəyərdən məhrum, iffətsiz, hörmətsiz, inancsız bir həyat yaşamaları cəmiyyətin batması və ölkələrin yox olması deməkdir.Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf, AGAT-ın nəzdində yaradılan Etika Akademiyasının rəhbəri Günel İbrahim, Azərbaycan Demokratik İslahatlar Partiyasının qadınlar və gənclərlə iş şöbəsinin əməkdaşı Nərmin Şamilbəyli, Azərbaycan Gənclər Mərkəzinin əməkdaşı Kənan Qubadzadə, Narınc uşaq psixologiya mərkəzinin əməkdaşı Vəfa Rəşidova çıxış edərək bu tip layihələrin böyük önəm kəsb etdiyini bildirib.

sia.az

Digər xəbərlər