PDF Oxu

Siyasət

  • 25

Fəttah Heydərov: "Bəzi təşkilatların ittihamlarına əhəmiyyət vermək lazım deyil" Mövqe

Fəttah Heydərov: "Bəzi təşkilatların ittihamlarına əhəmiyyət vermək lazım deyil" Mövqe

"Bir sıra beynəlxalq qurumların, tanınmış şəxsiyyətlərin və bəzi xarici təşkilatların toruna düşərək aldadılmış siyasətçilərin Azərbaycanla bağlı səsləndirdikləri ittihamlara əhəmiyyət vermək lazım deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Fəttah Heydərov deyib.F. Heydərov vurğulayıb ki, Azərbaycan sürətli inkişaf yolundadır və bu inkişaf ölkəmizi gözügötürməyən bədxah qüvvələrin maraqlarına cavab vermir: "Onlar ölkəmizin inkişaf etməsini istəmir. Ona görə də belə əsassız, qərəzli ittiham və bəyanatlarla çıxış edirlər. Lakin bu kimi bəyanatlara ciddi əhəmiyyət vermək lazım deyil. Çünki, heç bir qüvvə onu bu yolundan döndərə bilməz"."Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 20 il öncə tarixi neft müqavilələri imzalandı. "Əsrin müqaviləsi" həyata vəsiqə aldı. Bu günlərdə də həmin müqavilənin 20 illiyini qeyd etdik. Hesab edirəm ki, bu müqavilə Azərbaycanın qoruyucu qalasıdır. Heç kim, eləcə də heç bir qüvvə bu qalanı aşa bilməz. Çünki bu qalanın özülü, bünövrəsi çox möhkəm və sağlamdır" - deyə, F. Heydərov əlavə edib.

sia.az

Digər xəbərlər