PDF Oxu

Siyasət

  • 20

Fəzail İbrahimli : "Budur, sizin demokratiyanız?" Mövqe

Fəzail İbrahimli : "Budur, sizin demokratiyanız?" Mövqe

"Atalar məsəlində deyildiyi kimi, əqrəbə bal da versən, yenə zəhərə çevirəcək. İndi Azərbaycan nə qədər inkişaf edir-etsin, bəzi beynəlxalq təşkilatlar yenə də həmin inkişafı görmək istəmir, yaxud da ona pis nəzərlərlə baxıb qiymət verirlər". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Fəzail İbrahimli deyib."Beynəlxalq qurumlarda yaxından iştirak edirəm və görürəm ki, orada hər zaman Azərbaycana qarşı qərəzlilik, qısqanclıq var. Müstəqilliyimizin cəmi 23 yaşı var, ancaq həmin beynəlxalq qurumlar bizdən 60-70 illik bir yol keçmiş dövlətin yolunu, yerişini yeriməsini tələb edirlər. Hansı ki, bu 23 yaşlı gənc, onların çoxundan daha sürətlə gedir və inkişaf edir" - deyə, millət vəkili vurğulayıb. "ABŞ uzun illər davam edən vətəndaş müharibəsindən keçərək, Fransa 5 illik burjuaziya inqilabından keçərək demokratiya yoluna gəlib, Böyük Britaniya isə hələ də Şotlandiya ilə problemlərini çözə bilmir. Lakin Azərbaycan heç bir vətəndaş qırğını olmadan bu inkişafa çataraq demokratiya yoluna gəldi. Bunun müqabilində isə həmin dövlətlər, onların təsir dairəsi altında olan beynəlxalq qurumlar bizə yenidən demokratiya dərsi keçmək istəyərək bizə irad tuturlar. Hansı haqla? Bu necə demokratiyadır ki, Fransada, digər bəzi Qərb ölkələrində "erməni soyqırımı"nı inkar edənlərlə bağlı qanun qəbul olunur, cəzalar nəzərdə tutulur? Axı, tarixdən də, elə Avropanın özündə gizlədilən arxiv sənədlərindən də məlumdur ki, soyqırımı türklər deyil, əksinə, ermənilər türklərə qarşı həyata keçiriblər. Bütün bunlara baxmayaraq, Avropa ölkələri "erməni soyqırımı"nı inkar edənlər qarşı qanun qəbul edir. Budur, sizin demokratiyanız? Ona görə də Azərbaycanla bağlı səsləndirilən ittihamların heç bir əsası yoxdur və bu kimi addımlar ölkəmizə qarşı qısqanclığın təzahürüdür"- deyə F. İbrahimli əlavə edib.

sia.az

Digər xəbərlər