PDF Oxu

Siyasət

  • 31

Siyavuş Novruzov: “Müsavatın qurultayı gərgin şəraitdə keçəcək” AÇIQLAMA

Siyavuş Novruzov: “Müsavatın qurultayı gərgin şəraitdə keçəcək” AÇIQLAMA

"Müsavat başqanının müşaviri Səxavət Əlisoyun bu hədələyici bəyanatları onu deməyə əsas verir ki, Müsavat Partiyasının qurultayı o qədər də asan keçməyəcək". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Səxavət Əlisoyun qurultayda uğurlu nəticə əldə edə bilməyəcəyi təqdirdə istefa verəcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, burada hansı tərəfinin seçilməsindən asılı olmayaraq qarşı tərəf mütləq istefa verəcək: "Çünki müxalifətdaxili vəziyyət çox gərgindir. Onların bir-birinə qarşı ittihamları, fikirləri artıq pik həddə çatıb. Bu mənada hesab edirəm ki, Müsavatın qurultayı çox gərgin şəraitdə keçəcək və mütləq birinci tərəf seçilərsə, ikinci tərəf istefa verəcək".

sia.az

Digər xəbərlər