"Xədicə İsmayılovanın sentyabrın 23-də Varşava şəhərində ATƏT-in zirvə toplantısında Azərbaycanın milli maraqlarına zərbə vurmasına təəccüblənmirəm. Çünki, Xədicə İsmayılova bütün ruhu ilə Azərbaycan dövlətinin əleyhinə olan və fəaliyyətini jurnalist adı altında gizlədərək milli maraqlarımıza zərbə vuran ünsürlərdən birdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.N.Orduxanlı vurğulayıb ki, Əli Kərimlinin əlindən su içən X.İsmayılova onun tapşırıqlarının icraçısıdır: "Xədicə İsmayılova beynəlxalq təşkilatların əlində vasitədir. Onun Azərbaycan xalqına zərrə qədər də olsun aidiyyatı yoxdur. Bunu onun kökənində erməni qarışığının olması ilə bağlı mətbuatda yayılan informasiyalar da təsdiq edir".Partiya rəsmisi deyib ki, Ermənistan prezidenti Serj Sarkisyana qarşı olan ən qatı müxalifətdə olan alçaq erməni belə beynəlxalq tədbirdə Xədicə İsmayılovanın hərəkətini təkrarlamazdı: " Hesab edirəm ki, Xədicə İsmayılovada azacıq milli təəssübkeşlik olsaydı, həmin tədbirdə ermənilər tərəfindən Dağlıq Qarabağı "müstəqil və demokratik bir ölkə" kimi təqdimatına etiraz edərdi".Qeyd edək ki, X. İsmayılovanın erməni sevgisi sentyabrın 23-də Varşava şəhərində ATƏT-in zirvə toplantısında da özünü göstərib. Tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov erməni nümayəndənin Dağlıq Qarabağı "müstəqil və demokratik ölkə" kimi təqdim etməsinə etiraz edərək Serj Sərkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoyub. Bu zaman X. İsmayılova 10-a yaxın erməni dostu ilə birgə Ə. Şahidova arxa çevirməklə çıxışa etiraz ediblər.
sia.az