PDF Oxu

Siyasət

  • 28

"Ermənilərin bu addımı həmsədrlərin səylərini saya salmamaq deməkdir" AÇIQLAMA

"Ermənilərin bu addımı həmsədrlərin səylərini saya salmamaq deməkdir" AÇIQLAMA

Mediada yayılan xəbərlərə görə, Ermənistanda 4 ildə bir keçirilən Erməni Olimpiadasının (Hamahaygagan) 2015-ci ilin avqust ayında futbol və voleybol yarışlarının Gümrü və Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda keçirilməsi planlaşdırılır. Bu günə qədər isə bütün növlər üzrə yarışlar İrəvanda təşkil olunmuşdu.

Xəbərlərdə bildirilir ki, Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən verilən məlumata görə, Erməni Olimpiadasına Türkiyədən əvvəlki yarışlara nisbətən daha çox idmançı qatılacaq. Yarışlarda iştirak edən xarici qonaqların maddi xərclərini erməni diasporu öz üzərinə götürüb.Məsələyə münasibət bildirən millət vəkili, professor Musa Qasımlı SİA-ya açıqlamasında işğal olunmuş ərazilərdə hər hansı bir tədbirin keçirilməsinin beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd edib: "Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş ərazilərdə hər hansı yarışın keçirilməsi beynəlxalq hüquqa tamamilə ziddir. Ermənilərin belə addımı Minsk qrupunun həmsədrlərinin səylərini saya salmamaq deməkdir".O, Türkiyə idmançılarının Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan yarışlarda iştirak edəcəkləri barədə yayılan xəbərlərin təxribat olduğunu deyib: "Hesab edirəm ki, Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan bu tədbirdə Türkiyə idmançılarının iştirakı haqda yayılan xəbərlər təxribatdır. Türkiyə beynəlxalq hüquq normalarını pozan heç bir addım atmaz".

sia.az

Digər xəbərlər