PDF Oxu

Siyasət

  • 23

“Türkiyə ilə hərbi kadrların hazırlanması istiqamətində addımlar atırıq” AÇIQLAMA

“Türkiyə ilə hərbi kadrların hazırlanması istiqamətində addımlar atırıq” AÇIQLAMA

"Azərbaycan və Türkiyə hərbçilərinin həyata keçirdiyi irimiqyaslı birgə təlimlər tarixi bir hadisədir". Bunu SİA-ya Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli təlimlərinin əhəmiyyətindən danışarkən deyib.Ümummilli Lider Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamını xatırladan Emin Həsənli Azərbaycan ilə Türkiyə dostluğunun əbədi olduğunu diqqətə çatdırıb: "Biz qardaş Türkiyə ilə siyasi, iqtisadi, strateji və s. bütün sahələrdə əməkdaşlıq edirik. Hərbi sahədə əməkdaşlıq etməyimiz isə təbii məsələdir. Bu əməkdaşlıq Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra başlayıb. Həmin əməkdaşlıq məsələləri bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli və ardıcıl olaraq davam edir. Biz beynəlxalq sülhyaratma proseslərində, Kosovada və s. iştirak etmişik. Yəni, Azərbaycanın NATO ilə əlaqələrində Türkiyənin böyük rolu var. Biz qardaş ölkə ilə hərbi kadrların hazırlanması istiqamətində də birgə addımlar atırıq.Azərbaycan-Türkiyə hərbi təlimləri onu göstərir ki, regionda, beynəlxalq sülhün qorunmasında, terrorizmə qarşı birgə mübarizənin aparılmasında hər iki dövlətin ordusunun müstəsna xidmətləri var. Bu gün Azərbaycanın çox güclü ordusu mövcuddur. Təbii ki, Türkiyə ordusu da ABŞ-dan sonra NATO-da ikinci ordudur. Azərbaycanda "şahinlər"in F-16 təyyarələrini idarə etməsi onu göstərir ki, ölkəmiz hər bir peşənin öhdəsindən gələ bilər".

sia.az

Digər xəbərlər