PDF Oxu

Siyasət

  • 15

Siyavuş Novruzov: "Bu məntiqlə hara qədər gedə bilərik?"

Siyavuş Novruzov: "Bu məntiqlə hara qədər gedə bilərik?"

"Bu kimi məsələlər Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Son bir aya nəzər salsaq görərik ki, Azərbayacana qarşı müxtəlif təzyiq metodları - bəyanatlar, müraciətlər qəbul edilir. Hətta dünən də "Human Rights Whatch" adlı qeyri-hökumət təşkilatı növbəti qərəzli hesabatını yayıb. Axı bu kimi təşkilatlara kim mandat verib ki, ölkələrdəki vəziyyətlə bağlı hesabat yaysın". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, bir ölkənin ərazisində olan qeyri-hökumət təşkilatı ayrı-ayrı dövlətlər haqqında hesabat yayaraq şərtlər qoyur: "Eyni zamanda düzgün olmayan informasiya əsasında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən hesabatlar dərc edirlər. Bu baxımdan da mövqeyimizi sərt şəkildə sərgiləməliyik. Bütün görüşlərdə də məhz bu kimi işlərin şahidi oluruq"."Avropa Şurası PA-nın sədrinə sual verdim ki, rusiyanın səsvermə hüququnu dayandırmısınız, ancaq ermənistana qarşı bu sanksiya tətbiq olunmur. Mənə cavabı belə oldu, "Ermənistan Azərbaycanın ərazilərini işğal etdikdə 1992-ci il idi. Azərbaycan isə Avropa Şurasının üzvlüyünə 2001-ci ildə daxil olub". Bu məntiqlə hara qədər gedə bilərik? Ona görə də bu gün səsləndirəcəyimiz bəyanat həddindən artıq sərt olmalıdır. Harada görünüb ki, hər hansı bir QHT haqqında böyük təşkilatlar bəyanat yaysınlar. Biz heç kimi girov götürməmişik ki, onlar qeyri-şərtsiz azad olunsun. Girovu qeyri-şərtsiz azad edərlər. Hesab edirəm ki, "QHT-lər haqqında" qanuna bir daha baxmaq lazımdır. Xaricdən alınan qrantların böyük əksəriyyəti dolayısı yolla siyasi partiya və ya bəzi mətbuat orqanlarına göndərilir. Harda görülüb ki, QHT rəhbəri başqa bir partiyanın sədr müavinidir. Aldığı qrantların böyük hissəsi də məqsədli şəkildə həmin siyasi partiyaların kütləvi aksiyalarına və ayrı-ayrı işlərinə yönəldilən vəsaitlərdir. Hesab edirəm ki, gələcəkdə bu kimi işlərin qarşısı qanunvericiliklə alınmalıdır", - deyə, S.Novruzov məsələ ilə bağlı fikirlərinə əlavə edib.

sia.az

Digər xəbərlər