PDF Oxu

Siyasət

  • 29

Spiker göstəriş verdi "Avropa Parlamentinə etiraz bəyanatı hazırlansın"

Spiker göstəriş verdi "Avropa Parlamentinə etiraz bəyanatı hazırlansın"

"Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul etmək adət halını alıb". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin payız sessiyasının ilk iclasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, say hesabı ilə baxanda bu, 4-cü qətnamədir: "Fikir versək görərik ki, qətnamə sentyabrın 18-də qəbul olunub. Sentyabrın 20-də isə AŞPA-nın sədri Azərbaycana gəldi. Bu səbəbdən onların məqsədlərini açıq-aşkar başa düşmək olar. Əsas məsələ odur ki, qətnamənin qəbul edilməsində 46 nəfərdən 25-i Azərbaycanda heç vaxt olmayıb. Səsvermə 756 deputatın arasında 46 deputatın təklifi ilə keçirilib"."Dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət düzgündür. Bununla da heç bir kənar qüvvələr müstəqil siyasətimizə təsir edə bilməyəcək. Hesab edirəm ki, Azərbaycan Parlamentinin Avropa Parlamentinin qarşısında heç bir öhdəliyi yoxdur. Həmin təşkilatla ənənəvi olaraq əməkdaşlıq edirik. Bu əlaqələri inkişaf etdirmək üçün də Avronest PA yaratdıq. Təəssüf ki, Avropa Parlamenti Azərbaycanla parlament məsləhətlərini inkişaf etdirmək əvəzinə, yaratdıqları təşkilatları geridə qoyurlar. Buna görə də istədikləri qətnamələri qəbul edirlər"- deyə, O. Əsədov məsələ ilə bağlı fikirlərinə əlavə edib.Spiker çıxışı zamanı bu kimi qətnamələrə qarşı bəyanat qəbul etməklərinin zərurililiyini də vurğulayıb: "Bununla bağlı xüsusi redaksiya komissiyası yaradılsın. Komissiyada Avronest PA-nın nümayəndələri də olmalıdır. Biz də öz fikrimizi bildirməliyik. Müraciət edərək başa salmayılıyıq ki, gələcəkdə bu kimi təşkilatlarla işləməyin bir mənası varmı? Hər dəfə onlara yaxınlaşmaq üçün can atırıq, lakin bunun əvəzində onlar bizə ikili münasibətlər göstərirlər. Təklif edirəm ki, Valeh Əsgərovun rəhbərliyi ilə redaksiya komissiyası yaradılsın. Üzvlər isə millət vəkilləri Yevda Abramov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev və Xanlar Fətiyev olsun. Bəyanat hazırlansın və günün sonunda səsləndirilsin".

sia.az

Digər xəbərlər