PDF Oxu

Siyasət

  • 39

"Qanuna edilən dəyişiklik siyasi partiyaların fəaliyyətinə daha yaxşı imkan yaradacaq" AÇIQLAMA

"Qanuna edilən dəyişiklik siyasi partiyaların fəaliyyətinə daha yaxşı imkan yaradacaq" AÇIQLAMA

"Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklərin müxalifətyönlü QHT-lər tərəfindən narahatçılıqla qarşılanmasını başa düşə bilmirəm". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev sözügedən qanuna edilən dəyişikliklərin əhəmiyyətindən danışarkən deyib. "Həyat sürətlə dəyişir. Qanunlara dəyişikliklərin edilməsi də təbii bir prosesdir. O ki qaldı "Siyasi partiyalar haqqında" qanuna edilən dəyişikliklərə bu qərar düzgün verilmiş qərardır. Həmin dəyişikliklərdə qeyd olunub ki, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat verməlidirlər. Bu günə kimi siyasi partiyalar aldıqları maliyyə vəsaitlərinin hesabatını Vergilər və Maliyyə Nazirlikləri qarşısında verirdilər. Digər dəyişiklikləırə görə, siyasi partiyalar ianə qəbul etmək hüququ əldə edirlər. Ümumilikdə götürsək qanuna edilən dəyişikliklər siyasi partiyaların fəaliyyətinə daha yaxşı imkan yaradacaq".

sia.az

Digər xəbərlər