PDF Oxu

Siyasət

  • 32

Məlahət İbrahimqızı: “Leyla Yunus casusluqla məşğul idi" MÜNASİBƏT

Məlahət İbrahimqızı: “Leyla Yunus casusluqla məşğul idi" MÜNASİBƏT

"Leyla Yunusa, Xədicə İsmayıla maraqlı qüvvələrin dəstəyi ilə beynəlxalq mükafatların verilməsi heç nəyi dəyişməyəcək. Bir insanın ki, xalqı qarşısında heç bir nüfuzu, hörməti yoxdursa o hansı mükafata layiq görülürsə görülsün heç bir əhəmiyyəti yoxdur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı Leyla Yunusa və Xədicə İsmayıla beynəlxalq mükafatların verilməsinin planlaşdırılması məsələsinə münasibət bildirərkən deyib.Millət vəkili bildirib ki, nə qədər mükafat verilsə də Azərbaycan xalqı bilir ki, Leyla Yunus kimdi və nəyə xidmət edir: "Azərbaycan 1991-ci ildə müstəqillik qazananda Leyla Yunus casusluqla məşğul idi, Azərbaycanı parçalayan qüvvələrə xidmət edirdi. Torpaqların işğal edilməsində onun da xüsusi iştirakı olub. Onun Azərbaycana olan düşmən münasibəti nəinki unudulmayıb, hətta artıq qan yaddaşımıza belə yazılıb. Bununla hələ o özünü azərbaycanlı sayır. Halbuki, heç Azərbaycan dilində danışa da bilmir. Öz vətənində hörmət sahibi olmayan bir şəxsin beynəlxalq qüvvələrdən dəstək almasının heç bir önəmi yoxdur".

sia.az

Digər xəbərlər