PDF Oxu

Siyasət

  • 34

"QHT şəbəkəsi ilə bağlı bir neçə məqam var ki..." AÇIQLAMA

"QHT şəbəkəsi ilə bağlı bir neçə məqam var ki..." AÇIQLAMA

"Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Hüquqi işlər və insan haqları komitəsinin iclaslarında üzərində iş gedən bir sıra məruzələrlə bağlı fikir mübadilələri və müzakirələr aparılır. Ümumiyyətlə, son dövrlərdə Avropa Şurasının diqqət mərkəzində saxladığı məsələrdən biri də qeyri hökumət təşkilatlarının (QHT) fəaliyyətləri ilə bağlıdır". SİA-nın xəbərinə görə, bunu açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib."Təsadüfi deyil ki, həmin problemlə əlaqədar əvvəllər bir neçə məruzənin hazırlanmasına baxmayaraq, yenə də növbəti hesabat üzərində iş gedir. Hüquqi işlər və insan haqları komitəsində bu dəfə Lüksemburqdan olan deputat Yves Kruxten tərəfindən hazırlanan "Avropada Qeyri Hökumət Təşkilatlarının fəaliyyətlərinə yaradılan yersiz məhdudiyyətlərin qarşısını necə almalı?" məruzə müzakirə edildi"- deyən R. Hüseynovun sözlərinə görə, məruzənin ilkin mətnində Azərbaycanın ünvanına bir sıra haqsız tənqidlərin yer alması ilə əlaqədar o özü də çıxış edərək etirazını bildirib:"Qeyd etdim ki, qeyri- hökumət təşkilatları institutu Azərbaycan kimi gənc demokratiya ölkələri üçün yeni olsa da, getdikcə cəmiyyət həyatında daha geniş yer tutmaqda, inkişaf etməkdədir. Bəzi ölkələrdə QHT-lərin qeydiyyyata alınması posesinin xeyli uzun çəkməsi, bununla əlaqədar müəyyən süni çətinliklərin yaradılmasından bəhs edilir. Təəssüf edirəm ki, məruzənin ilikn mətnində bu sıraya Azərbaycanın da adı daxil edilib. Dedim ki, əgər siz Azərbaycanda olan QHT-lərin miqdarını Cənubi Qafqazda bizim qonşularımız olan Gürcüstan və Ermənistanla müqayisə etsəniz, özünüz nəticə çıxara bilərsiniz. Azərbaycanda belə təşkilatların sayı həmin iki ölkədə birlikdə olan QHT-lərin sayından xeyli çoxdur.Lakin QHT şəbəkəsi ilə bağlı bir neçə məqam var ki, onlar bardədə ciddi düşünməyə ehtiyac duyulur.Təəssüf ki, müşahidələr göstərir ki, bir sıra hallarda QHT-ləri, onların ayrı-ayrı təmsilçilərini müəyyən siyasi dairələr və xarici xüsusi xidmət orqanları bilavasitə məşğul olduqları işlərdən ayıraraq məxfi kəşfiyyat fəaliyyətinə cəlb edirlər. Həm Azərbaycanda, həm də bir sıra digər Avropa ölkələrində. Qısa müddətdə həmin şəxslərin demokrat obrazını da formalaşdırırlar ki, konkret ölkələrdə onlara qarşı qanun çərçivəsində tədbirlər görüləndə bunu demokratiya əleyhinə hərəkətlər kimi qələmə versinlər". O, çıxışında onu da qeyd edib ki, məxfi məqsədlərini gerçəkləşdirmək üçün xarici donorlar müxtəlif layihələri maliyyələşdirmək adı ilə həmin təşkilatlara külli miqdarda vəsaitlər də ayırırlar: "Belələri ifşa olunanda, cinayət məsuliyyətinə cəlb ediləndə isə onlara havadarlıq edənlər hay-küy salmağa, guya ölkədə demokratların, eləcə də QHT-lərin təqib edilməsi kampaniyasına rəvac verirlər. Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu fəaliyyətlərə başlayarkən ölkə sədrlik dövründəki prioritetləri, hansı istiqamətlərə daha çox diqqət ayıracağını elan etmişdi. Korrupsiyaya qarşı mübarizə belə istiqamətlərin ən birincilərindəndir. Həmin kontekstdə Azərbaycanda genişmiqyaslı işaparılmaqda və bəhrələrini də verməkdədir.Təəssüf ki, bu səmtdə araşdırmalar zamanı Azərbaycandakı bir sıra QHT-lərin də ciddi korrupsiya əməllərinə qurşandığı, xarici donorlardan alınmmış böyük həcmdə vəsaitlərin qeyri-qanuni istifadəsi halları müəyyənləşdirilmiş, belə qanunsuz əməllərlə məşğul olan böyük bir şəbəkənin varlığı ortaya çıxıb. Faktlar, sübutlar, inkarolunmaz dəlillər Azərbaycan hüquq mühafizə orqanları tərəfindən toplanıb, bu barədə AŞPA prezidenti Ən Brasörün sentyabr ayında baş tutan Bakı səfəri əsnasında ona müfəssəl məlumat verilib. Güman ki, istintaq prosesləri sona çatdıqdan sonra həmin məlumatlar geniş ictimaiyyət üçün də açıqlanacaq. Azərbaycan kənardan vəsaitlərin alınmasında tam şəffaflığın tərəfdarıdır. Lakin bəzi QHT-ləri şübhəli məqsədlərlə maliyyələşdirən qüvvələr belə bir şəffalığın əleyhinədir. Məntiq haradadır? QHT-lərlə bağlı qanunvericilikdə və onlarla əlaqədar istənilən digər məsələdə isə Azərbaycan müzakirələrə açıqlığını hər zaman bəyan etmişdir. İnandığımı bildirərək onu da dedim ki, bu qəbil həssas məsələlərlə əlaqədar məruzələri hazırlayarkən mətnə daxil edikən hər maddə dəqiqləşdiriməli, ölkələrə qarşı iddialar, tənqidi baxışlar faktların nə dərcədə düzgün olması baxımından obyektivlilklə ölçülüb-biçilməlidir".

sia.az

Digər xəbərlər