PDF Oxu

Siyasət

  • 36

Asim Mollazadə: “Rusiya Xəzərdə ilk növbədə donanmasının sayını azaltmalıdır”

Asim Mollazadə: “Rusiya Xəzərdə ilk növbədə donanmasının sayını azaltmalıdır”

"Rusiya Xəzərin hərbiləşməsinin əleyhinədirsə, ilk növbədə öz donanmasının sayını azaltmalıdır". Bunu SİA-ya Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə Rusiyanın Xəzər dənizinin hərbiləşməsinə qarşı çıxmasına münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, Xəzərdən ən çox hərbiləşən ölkə Rusiyadır: "Rusiya Xəzər hövzəsinə aid olmayan dövlətlərin bu dənizdə donanma saxlamasının əleyhinədir. 1921-ci ildə SSRİ-İran sazişinə əsasən İranın da Xəzər dənizində donanma saxlamaq hüququ ləğv olunmuşdu. Ancaq Rusiya bu qadağanı aradan qaldırdı. Rusiya bir tərəfdən Xəzərin hərbiləşməsinin əleyhinə çıxır, digər tərəfdən isə köhnə qadağaların ləğv olunması ilə İranın Xəzərdə donanma saxlaması ilə razılaşır. Bu isə bir sıra problemlərin yaranmasına səbəb ola bilər".Millət vəkili onu da deyib ki, Xəzər hərbisizləşirsə, bu amil ilk növbədə Rusiyanın özünə şamil olunmalıdır.

sia.az

Digər xəbərlər