PDF Oxu

Siyasət

  • 34

Əli Kərimli Müsavatı hədələdi

Əli Kərimli Müsavatı hədələdi

Səxavət Soltanlı: "Əli Kərimli, səhv etdiniz"

AXCP sədri Əli Kərimlinin "Azadlıq radiosu"na verdiyi müsahibədə Müsavat Partiyası ilə bağlı səsləndirdiyi fikirlər partiyalar arasında gərginliyə səbəb olub.

Partiya sədri Müsavatın AXCP-ni qurultaya çağırmamasını tənqid edib və hazırda Müsavat daxilində davam edən mübahisələrə münasibət bildirib: "Bu gün Müsavat daxilində müəyyən mübahisələr yaranıb. Tarixə ekskursiya edərək deyirəm ki, vaxtilə Xalq Cəbhəsinin daxilində belə ciddi münaqişələr olub və Müsavat Partiyasının hansı rol oynadığı bəllidir, amma biz onların daxilində baş verənlərə qarışmırıq. Bizi tərk edən insanlara deyəcək sözümüz yoxdur. Nə zaman Müsavat Partiyasını yönəldən insanlar real müxalifətin mövqeyini bölüşəcəklərsə, real müxalifətlə səylərini birləşdirmək istəyəcəklərsə o zaman münasibətlər dəyişə bilər. Amma hələ ki, biz öz yolumuzu gedirik. Bizi tərk edən insanlara sözümüz yoxdur. Müsavat Partiyası onları dəvət etsəydi, sonrakı münasibətlər haqda düşünmək olardı. Onların daxili işlərinə qarışmıram. Birinci dəfə idi ki, Müsavat Partiyası AXCP-ni qurultaya dəvət etmədi. Bundan çıxan nəticələrə də qatlansınlar". Ə.Kərimlinin təhdid dolu bu fikirlərinə Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı ilə öz facebook səhifəsində münasibət bildirib. O, Əli Kərimlini Müsavata sataşmaqda ittiham edib: "AXCP sədri hörmətli Əli bəy Kərimli yenidən Müsavata sataşmaqla yeni gündəm yaratmaq istəyib. Əli bəy, Müsavat Partiyasını yönəldən insanlar başda olmaqla Müsavat Partiyası real müxalifətin özüdür! Bizim hədəflərimiz demokratik Azərbaycan qurmaq, sizin hədəfiniz Müsavat. Fərqimiz bu".AXCP oyundankənar vəziyyətə düşdüyündən Müsavata sataşır. "Real müxalifət" görüntüsü yaratmaqla müxalifət olmaq olmadığını, oyundan kənar vəziyyətə düşüdüyünüzü yaxşı bildiyinizdən Müsavata sataşmağı çıxış yolu seçmisizsə bir söz deməyəcəyəm. Müsavat Partiyası haqqında söylədiyiniz yalanlara, xalqı aldatmağa çalışmağınıza da tamaşaçı olmaq fikrimiz yoxdur. İnciməyin, səhvlərinizi yenə də təkrarlayırısız. Olmazmı hərə öz yolunu getsin? Kimin doğru yolda olduğunu zaman göstərəcək".

sia.az

Digər xəbərlər