"Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın gündəliyə gətirilməsində AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun böyük rolu olub". Bunu SİA-ya politoloq Rasim Musabəyov deyib.Politoloqun sözlərinə görə, bu, Azərbaycanın və ölkəmizin nümayəndəliyinin böyük uğurudur: "Ermənilərə xidmət edən AŞPA rəhbərliyi bu məsələnin əleyhinə idi amma bunu bacarmadılar. Bu mənada mən həmin hadisəni çox yüksək qiymətləndirirəm. Lakin biz gözləməməliyik ki, ermənilər bu məruzədən sonra utanıb Azərbaycanın işğal altında olan torpaqlarından çıxacaqlar. Təbii ki, bu, mümkün olan şey deyil. Amma hər bir halda bunun özü Ermənistana siyasi təzyiq və Avropa ictimaiyyətinin özünə bir mesaj idi. Bu o deməkdir ki, biz erməniləri düzgün yola gətirmək üçün bütün imkanlardan istifadə edirik".Qeyd edək ki, ötən gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Siyasi İşlər və Demokratiya Komitəsinin toplantısı keçirilib. Komitənin toplantısında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın hazırlanması ətrafında müzakirələr aparılıb və bu məsələ üzrə Böyük Britaniyadan olan parlamentar Robert Valter məruzəçi təyin edilib.
sia.az