PDF Oxu

Siyasət

  • 44

AMİP rəsmisi: ““Milli Şura”nın mitinqinin baş tutma ehtimalı azdır”

AMİP rəsmisi: ““Milli Şura”nın mitinqinin baş tutma ehtimalı azdır”

""Milli Şura"nın 12 oktyabra təyin olunan mitinqinin baş tutma ehtimalı azdır". Bunu SİA-ya Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov "Milli Şura"nın mitinq keçirməsi ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib.Ə.Orucovun sözlərinə görə, kütləvi aksiyalar bütün mübarizə vasitələri tükəndikdən sonra, cəmiyyətin içindən gələn bir sifarişə uyğun olaraq keçirilir: "Hesab edirəm ki, bu gün bütün mübarizə vasitələri tükənməyib. Hazırda Azərbaycanda mitinq tərfdarlarının sayı çox deyil. Çünki, insanlar mitinqlərə mübarizə vasitəsi kimi maraq göstərmir. Ona görə də bu kütləvi alınmır".Partiya rəsmisi deyib ki, mitinqlərin keçirilməsi üçün işləmək lazımdır: "Bir neçə adamı küçələrə çıxarmaqla mitinq olmur. Belə tədbirləri ancaq piket adlandırmaq olar".Ə.Orucov vurğulayıb ki, Azərbaycanda problemlərdən çıxış yolu kütləvi aksiyalar deyil.

sia.az

Digər xəbərlər