"Müsavatda çevriliş etmək üçün bundan gözəl fürsət?"
"Yeni Müsavat" qəzetinin baş redaktor müavini, Müsavat Partiyasının funksioneri Azər Ayxan "facebook" sosial şəbəkədəki hesabında ilginc status paylaşıb. SİA xəbər verir ki, "Yeni Müsavat" rəsmisi Müsavat yetkililərinin xaricdə səfərdə olması xəbərini bölüşərək, müsavatçı gənclərə partiyada çevriliş etməyin əsl zamanı olduğunu və bundan gözəl fürsət əldə edə bilməyəcəklərini yazıb.
Həmin statusu təqdim edirik: "İsa Qəmbərlə Arif Hacılı Polşada, Qubad İbadoğlu Tiflisdə. Müsavatda çevriliş etmək üçün bundan gözəl fürsət? Roya Rafiyeva, yığ gəncləri başına, tərpənin qərargaha)). Həm isti-isti reportaj elə, həm də Janna Dark ol. Hadi göreyim sizi))".
sia.az