PDF Oxu

Siyasət

  • 36

Musa Qasımlı: “Nobel mükafatına azərbaycanlının layiq görülməməsi tarixi ədalətsizlikdir”

Musa Qasımlı: “Nobel mükafatına azərbaycanlının layiq görülməməsi tarixi ədalətsizlikdir”

"Nobel qardaşları kapitallarının əsas hisssini Azərbaycan neftindən əldə ediblər". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.Onun sözlərinə görə, Bakı nefti onların dünyada tanınmasına kömək edib: "Nobel qardaşları Azərbaycan sovetləşdirildikdən sonra ölkəmizdən gediblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız Nobel qardaşlarına olan hörmət və ehtiramını daim saxlayır. Hətta Bakının ən yaraşıqlı prospektlərindən biri onların adını daşıyır. Azərbaycanın bu mövqeyinə baxmayaraq Nobel mükafatları verilərkən heç bir yerdə Azərbaycanın adının çəkilməməsi və indiyədək heç bir azərbaycanlının bu mükafata layiq görülməməsi tarixi ədalətsizlikdir".M.Qasımlı hesab edir ki, Nobel mükafatını verənlər sivilzasiyalararası dialoq, sülh, dostluq nominasiyaları üzrə Azərbaycandan da nümayəndənin olmasına şərait yarada bilərlər.

sia.az

Digər xəbərlər