PDF Oxu

Siyasət

  • 43

İsa Həbibbəyli: "Sərt mövqe bildirməsək, belə qətnamələr davamlı olacaq” MÖVQE

İsa Həbibbəyli: "Sərt mövqe bildirməsək, belə qətnamələr davamlı olacaq” MÖVQE

"Avropa Parlamentin Azərbaycan haqqında bəyanatının arxasında hansısa maraqlar, erməni lobbisi ilə bərabər Azərbaycanın Avropa ilə sıx əməkdaşlıq etməsini istəməyən güclər var. Onlar istəmir ki, Azərbaycan tam inkişaf edərək Avropanın ən güclü dövlətlərindən birinə çevrilsin". Bu barədə AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli "Səs" qəzetinə açıqlamasında bildirib.

İ.Həbibbəylinin sözlərinə görə, bu qərar qərəzli olmaqala yanaşı, həm də qeyri-səmimidir və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünün əleyhinədir: "Əsas məqsəd Azərbaycan zərbə vurmaqdır. Belə qərəzli bəyanatlar Avropa Parlamentini nüfuzdan salır. Çünki 10 ildir ki, ölkəmiz uğurlu inkişaf yolundadır. Dünyada qazandığı öz imici var, eyni zamanda Cənubi Qafqaz regionunda lider dövlətdir. Avropa Parlamenti bu qərəzli və qeyri-səmimi bəyanatları ilə öz imicini itirir".

Millət vəkilinin qeyd etdiyinə görə, 20 ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub, burada insanların hüquqları pozulub, amma onların heç bir hesabatında bu barədə bir kəlmə də fikir bildirilməyib: "Ona görə də Milli Məclis bununla bağlı bəyanatla çıxış edərək sərt mövqeyini bildirdi. Çünki Avropa Parlamentinin bəyanatına sərt mövqe bildirməsək, belə qətnamələr davamlı olacaq. Eyni zamanda belə qərəzli mövqe nümayiş etdirən qurumda qalıb-qalmamaqla bağlı ciddi addım atılmalıdır".

sia.az

Digər xəbərlər