PDF Oxu

Siyasət

  • 32

Zahid Oruc: "Avrasiya İttifaqına şeytan kimi yanaşmaq düzgün deyil" Açıqlama

Zahid Oruc: "Avrasiya İttifaqına şeytan kimi yanaşmaq düzgün deyil" Açıqlama

"Nəzərə almalıyıq ki, Rusiya və Ukrayna arasındakı qarşıdurma məlum Avrasiya İttifaqını, eləcə də bölgədəki bloklaşmanı çətin sınaq qarşısında qoydu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.Onun sözlərinə görə, ölkələrin tezlik dərəcələrində birləşməsi, əvvəlki kimi sadəcə qərb yönündə kurs yürütmək siyasəti xeyli düzəlişlərə məruz qalıb: "Vaxtı ilə Rusiyanın özü də Avropa ilə daha yaxın inteqrasiya sərhədini keçib. İndi isə onlar məlum iqtisadi sansksiyalar fonunda üzünü Asiya qitəsinə tutublar. Bu isə o deməkdir ki, bizim regiondakı geopolitikada dəyişiklik baş verəcək. Ölkələrin əvvəlki xarici siyasət kursunda qüvvələr nisbəti hansısa formada öz əksini tapacaq"."Buna görə də biz Avrasiya İttifaqına "sadəcə Ermənistan ordadır və getmirik" deyə bilmərik. Hesab edirəm ki, bu mövzuda strateji baxımdan bütün maraqlarımızı götür-qoy etməliyik. Bəli, hazırda Rusiyanın çəkisi artıb. Düzdür, o, qərblə savaşında dünyaya açıq çağırış edirdi ki, belə bölgü onları qane etmir. Hətta Ukraynadakı qalibiyyət belə, bütövlükdə vəziyyəti sona qədər həll edə bilməyəcək"- deyə, komitə üzvü fikirlərinə əlavə edib.Zahid Orucun fincə bu məsələdə Yaxın Şərqdəki vəziyyəti də nəzərə almaq lazımdır: "Hesab edirəm ki, günün birində Rusiya ilə birlikdə hər hansı siyasi ittifaqlarda yer alacağıqsa, bunu başqa məsələlərin kontekstində dəyərləndirərək edəcəyik. Yəni, həmin ittifaqlarda Azərbaycanın milli maraqları nə dərəcədə ifadə olunacaq?! Mövcud proseslərdə qüvvələr nisbətində dəyişikliklər olsa, bu bizə də öz təsirini göstərmiş olacaq. Bəlkə də ermənilər bunu onu görə edirlər ki, Azərbaycanla Rusiya arasında münasibətlər korlansın. Ümumilikdə isə Avrasiya İttifaqına nəinki şeytan, bütövlükdə SSRİ-nin varisi kimi yanaşmaq düzgün deyil. Hər halda Prezident İlham Əliyev bu siyasəti kifayət qədər yaxından izləyərək, öz ölkəmizin mənafeləri istiqamətində addımlar atacaq".

sia.az

Digər xəbərlər