Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumunun ikinci günündə təşkil olunan "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalsitikasının problemləri" adlanan birinci paneldə Türkiyə Jurnalistlər Fedrasiyasının prezidenti Atilla Sertel dünyaya çağırış edib. SİA-nın məlumatına görə, o bu kimi dəyirmi masaların təşkilinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atilla Sertel çıxışına Azərbaycan torpaqlarının işğal olunması və soyqırıma məruz qalması faktını xatırlatmaqla başlayıb. O, xüsusilə qadın və uşaqların amansızcasına qətlə yetirilməsinin qəbuledilməz olduğunu və ədalətin bərqərar olmasına ehtiyac duyulduğunu qeyd edib:" Dünyanın çox yerində jurnalistikanın ən böyük problemi onun müstəqilliyidir. Söz və mətbuat azadlığının olmadığı ölkədə fəaliyyət göstərməkdir". Dünyanın bir sıra ölkələrində jurnalistlərin fəaliyyəti zamanı öldürüldüyünü xatırladan A.Sertel xüsusən Yaxın Şərqdə jurnalistlərin öldürülməsinin qarşısının alınmasına çağırdı.
sia.az