PDF Oxu

Siyasət

  • 20

"Humanizm Postmodern Dövrün Başlıca Dəyəri Kimi" DƏYİRMİ MASA

"Humanizm Postmodern Dövrün Başlıca Dəyəri Kimi" DƏYİRMİ MASA

IV Bakı Beynəlxalq Humanitar Formu çərçivəsində "Humanizm Postmodern Dövrün Başlıca Dəyəri Kimi" mövzuzunda dəyirmi masa keçirilir. SİA-nın məlumatına görə, dəyirmi masanın moderatorları Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova, Florensiya Universitetinin sabiq rektoru Paolo Blazi, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkovdur.Tədbiri giriş sözü ilə açan ADU-nun prorektoru Jalə Qəribova dəyirmi masaya qatılan iştirakçılara təşəkkür edib. Bildirib ki, artıq dördüncü dəfə keçirilən Bakı Beynəlxalq Humanitar Formunun dinamikası artıb.Çıxış edən Florensiya Universitetinin sabiq rektoru Paolo Blazi deyib ki, forumda yeni humanitar gündəlik ortaya qoyulub və onun müzakirəsi vacibdir: "Qloballaşma dövründə istənilən ölkədə müxtəlif problemlər mövcuddur. Əslində bu problemlər insanların mobilliyindən yaranan bir məsələdir. İKT-nin inkişafı bu məsələni daha da genişləndirir. Müasir dövrdə insanların daha çox bir-biri ilə əlaqədə olması, dünyadakı siyasi mühitə öz təsirini göstərir. Bu da cəmiyyətləri mürəkkəbləşdirir. Ona görə də dünyada ölkələr yeni çağırışlarla, problemlərlə üzə-üzədir. Bu problemləri aradan qaldırmaq üçün çalışmalıyıq ki, insanlar milli reallıqda yaşasınlar".P.Blazi hesab edir ki, post modern bir cəmiyyəti yaratmaq üçün fundamental dəyərlərə əsaslanmaq lazımdır: "Elə etməliyik ki, bu fundamental dəyərləri hamı bölüşə bilsin. Bu gün biz insanlığı xoşbəxtliyə aparırıq. Çalışmalıyıq ki, insanların ləyaqətini və həyatını qoruyaq. Düşünürəm ki, əsas fundamentlər bunlar olmalıdır. Ona görə də dostluğun əsasını bu kimi dəyərlər təşkil etməlidir".Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkov isə çıxışında deyib ki, postmodern dövrdə terminoloji sözlər böyük problemlər yaradır: "Çünki, humanizm, tolerantlıq, multikulturalizm dedikdə hamı bunu başa düşür. İlk baxışdan belə görünür ki, hamı bilir. Amma dünyada sözlər də öz dəyərini itirib. Yəni onların mənaları tamamilə fərqlidir. Bu da kifayət qədər çətinlik yaradır.M.Şvıdkovun sözlərinə görə, dövlətin dəyərləri insanın özündə hasil etdiyi dəyərlərdən üstündür.Dəyirmi masa davam edir.

sia.az

Digər xəbərlər