PDF Oxu

Siyasət

  • 31

Tural Abbaslıdan Əli Kərimlinin iddiasına CAVAB

Tural Abbaslıdan Əli Kərimlinin iddiasına CAVAB

"Biz kimsənin ətəyindən yapışmaq niyyətində deyilik"

"Biz Müsavat olaraq, ümumiyyətlə müxalifət partiyalarının birgə fəaliyyətinin, koordinativ fəaliyyətinin tərəfdarı olmuşuq". Bi fikirləri SİA-ya açıqlamasında Müsavat funksioneri Tural Abbaslı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin "2015-ci ilin parlament seçkilərində də bunlar yenə ətəyimizdən yapışacaqlar" kimi iddiasına münasibətini bildirərkən deyib.

Tural Abbaslı deyib ki, vaxtilə müxalifətdə yaradılan ən böyük bloklar da məhz Müsavatın təşəbbüsü və iştirakı ilə fəaliyyət göstərib və AXCP-nin təmsil olunmadığı bloklar müəyyən uğurlar ədlə etməyi bacarıb: "Amma hansı ki, bizim bloklarımız olub və həmin bloklar məhz Müsavatın vasitəsilə yaradılıb, eyni zamanda orada AXCP iştirak etməyib, bax həmin bloklar müəyyən nailiyyətlər əldə etməyi bacarıb".

Müsavat funksioneri Əli Kərimlinin sözügedən fikirlərinin kökündən yanlış olduğunu vurğulayıb: "Biz kimsənin ətəyindən yapışmaq niyyətində deyilik. Ona da əminik ki, Müsavat müxalifətin ən güclü partiyalarından biridir. Amma kimsə blok yaradıb kimlərinsə onun ətəyindən yapışacağını düşünürsə, bu onun şəxsi fikridir. Ancaq belə şeylər eşidəndə adam sadəcə heyifsilənir".

sia.az

Digər xəbərlər