"Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif sahəsindən olan elm adamlarını bir araya toplayan mühüm tədbirlərdən biridir. Burada tək mövcud problemlərdən deyil, eləcə də onların həlli yolları və imkanları müzakirə olunur. Elm adamları problemli məsələlərə öz nəzər nöqtələrindən yanaşır və fikirlərini ifadə edirlər". SİA-nın xəbərinə görə, bunu Forum çərçivəsində keçirilən dəyirmi masada iştirak edən Amerika Birləşmiş Ştatlarının Kaliforniya Texnologiya İnstitutunun professoru, Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Markus deyib. Bakı Beynəlxalq Humanitar Forumunda üçüncü dəfə iştirak etdiyini deyən Nobel mükafatı laureatı R. Markus əlavə edib ki, Bakıda böyük dəyişikliklər müşahidə edib: "Eyni zamanda Bakı Beynəlxalq Hava Limanı da xeyli dəyişib. Paytaxtınızda müasirliklə yanaşı, tarixin qorunduğunu özündə əks etdirən binalara da rast gəldim".
sia.az