AÇIQLAMA
"Fransanın paytaxtı Parisdə oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putinin yenidən təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli deyib. Politoloqun sözlərinə görə, bu ilin iyul ayının sonu, avqust ayının əvvəlində Ermənistan-Azərbaycan sərhəddində və təmas xəttində baş verən məlum hadisələr, işğalçı ölkənin atəşkəs rejimini kobud şəkildə pozması, hərbi insident törətməsi ATƏT-in Minsk qrupu üçün belə görüşlərin vacibliyini olduqca artırıb: "Amma indiki məqamda fərqli cəhət ondadır ki, həmsədrlərin (ABŞ, Rusiya, Fransa) arasında olan münasibətlər çox pisləşib. Bu mənada Ukrayna böhranı fonunda münasibətləri son dərəcə gərginləşən ABŞ, Rusiya və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində ortaq məxrəcə gəlməsi imkanları xeyli məhdudlaşıb. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında qəbul olunmuş sənəddə yəni – Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərdə gərginliyin artması ilə bağlı sənədin qəbulu prosesi də göstərdi ki, Ermənistan tərəfinin heç bir halda münaqişənin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirmək niyyəti yoxdur. Rəsmi İrəvan çalışır ki, özlərini heç bir halda münaqişə tərəfi kimi təqdim etməsin".
sia.az