Prezident İlham Əliyev: "Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin"
Hazırda dünyada qloballaşmanın yeni təzahürləri dövlətlərin sıx humanitar birliyində özünü göstərir. Məhz bu baxımdan sivilizasiyalararası dialoq, multikulturalizm meyilləri hər il dərinləşir, humanitar forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin gələcəyi humanitar inteqrasiyadan, dialoqdan çox asılıdır. Çünki humantiarizm multikulturalizm deməkdir, başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Humanitar inteqrasiya bütün xalqları birləşdirir, sülh şəraitində dostluğa və qardaşlığa doğru meyilləndirir.
Humanitar çağırışların yeni müstəvisində bütün dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə dünyanın böyük dövlətlərlə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycan tərəfdaş dövlətlərlə, respublikamızın əməkdaşlıq etdiyi ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun davam etdirilməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi humanitar əməkdaşlıqla bağlı olan məsələlər də Azərbaycanı sivilizasiyalararası dialoqun aparılması üçün bir mərkəzə çevirir. "Bu, böyük, şərəfli missiyadır. Eyni zamanda, böyük məsuliyyətdir. Biz bu məsuliyyətə hazırıq, bu məsuliyyəti öz üzərimizə götürmüşük və bugünkü toplantı bunun bariz nümunəsidir. Mən əminəm ki, forum iştirakçıları bütün mövzularla bağlı öz fikirlərini bölüşəcəklər. Burada aparılacaq müzakirələr çox maraqlı olacaqdır. Mən bunu bilirəm. Əminəm ki, bu müzakirələr, qəbul edilmiş qərarlar və gələcək birgə fəaliyyətimiz dünyada beynəlxalq humanitar əməkdaşlığın inkişafına böyük töhfə olacaqdır". Bu gün respublikamız dünyadakı bütün yaxın tərəfdaşları arasında coğrafi, siyasi, iqtisadi, mədəni və mənəvi təhlükəsizliyin körpüsü rolunu oynayır. Bakıda keçirilən beynəlxalq humantiar forumlarda da məhz bu siyasi-humanitar platformanın təzahürüdür.
IV Bakı Beynəlxalq Humanitar Forumu da xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirmək, möhkəmləndirən amil kimi dəyərləndirilə bilər. Forumun qarşıya qoyduğu trendlər, strateji prioritetlər də məlumdur. Elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliği, yayılması və tətbiqini, digər tərəfdən Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işini bir az da həvəsləndirmək. Eyni zamanda, bu qlobal miqyaslı tədbir dövlətlər arasında sıx əməkdaşlıq şəbəkəsinin möhkəmlənməsinə, humanitar sivilizasiyalararası inteqrasiyanın yeni modullarının müəyyənləşməsinə nail olmaq, bərabərhüquqlu humanitar meyarlardan istifadəni stimullaşdırmaqdır.
Siyasi, iqtisadi, sosial və humanitar sahələrdə keyfiyyətcə yeni xarakter alan və beynəlxalq münasibətlər sistemində güclü siyasi arxitekturaya çevrilən Azərbaycan- Rusiya əlaqələri pozitiv şaxə alaraq daha dərin məna və məzmun kəsb etməkdədir. Hər iki ölkənin formalaşdırdığı geniş və güclü əməkdaşlıq platforması regionda dinamikliyi və uzunömürlü humanitar gələcək üçün siyasi hərarəti ilə diqqəti cəlb edir. Münasibətlərin dərinləşməsinə hər il bir çox iqtisadi komponentlərin əlavə olunması Rusiya -Azərbaycan əməkdaşlığına impuls verir, yeni seqmentlər qatır.
Azərbaycanın beynəlxalq tərəfdaşları arasında ən ön yerlərdən birini tutan və güclü siyasi etibarlılıq və etimadlılıq nümayiş etdirən rəsmi Moskva strateji tərədaşlığın əsas brendlərindən birinə çevrilməsini öz siyasi qətiyyəti ilə nümayiş etdirib, təsdiq edib. Eyni zamanda, Azərbaycan ikitərəfli əlaqələrdə öz siyasi diplomatiyası ilə tərəfdaşlıqda səmimi və praqmatikliyini bariz şəkildə təsdiqləyib. Azərbaycanın xarici siyasət kursu genişkomponentli, genişdiapazonlu balanslaşdırılmış təməllərə söykənən müstəvidə və tarazlı kursa uyğun müəyyən olunub. Bu kurs müəyyənləşdirilərkən ilk növbədə bütün tərəflərlə bərabər və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bunun ən bariz təzahürlərindən biri Rusiya-Azərbaycan humanitar forumlarıdır. Dünyada birgə əməkdaşlıq mühitini yeni kreativ üsullarla zənginləşdirmək, tərəfdaş ölkələri bir-birinə daha da yaxınlaşdarmaq, mövcud olan problemləri qısa bir zamanda ümumi səylərin gücləndirilməsi ilə aradan qaldırmaq, dünyada yenilikləri qlobal səviyyədə modernləşdirmək IV Beynəlxalq Humanitar Forumunun missiyasıdır, ana fəaliyyət konseptidir.
Azərbaycana ayaq basan hər bir insan ölkəmizin, əsasən də paytaxtın simasının ildən-ilə dəyişdiyinin, Bakının ən yaraşıqlı şəhərə çevrildiyinin şahidi olur. Bakı şəhərinə gələn əcnəbi vətəndaşlarla bərabər, xaricdə yaşayan soydaşlarımız da hər dəfə paytaxtın giriş qapısına ayaq qoyanda yeni dəyişiklikləri, bir neçə ay əvvəllə müqayisədə Bakının daha da müasirləşdiyini görürlər.
IV Bakı Beynəlxalq Humanitar Forumu Rusiya və Azərbaycan arasında siyasi dialoqun inkişaf paradiqmasını nümayiş etdirir, qarşılıqlı əlaqələrin möhkəmliyinə baza yaradır, tərəflərin bütün istiqamətlər üzrə müsbət dialoq içərisində olmasına uzunömürlü yol açır. Ümumiyyətlə, bu tədbirlər Rusiya ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlığın gələcəkdə də inkişafına dinamika yaradır. Bu, eyni zamanda, bir sıra problemlərin həlli və qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin də inkişafı üçün əlverişli şərait yaradır.Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə münasibətləri kifayət qədər çoxşaxəlidir. Eyni zamanda, iki dövlət arasında diplomatik əlaqələr ölkəmizin xarici siyasətində mühüm yer tutur. Bu münasibətlər strateji xarakter daşıdığından təkcə hər iki tərəf üçün deyil, regionda sülhün və əmin-amanlığın təminatı üçün də önəmli rol oynayır. Ona görə də, regionda mövcud vəziyyət iki ölkə arasında səmimi qarşılıqlı əlaqələrdən, səylərin əlaqələndirilməsindən, təhlükəsizliyin möhkəmləndirilməsi naminə fəal işləməkdən, əməkdaşlıqdan, iqtisadi və humanitar əlaqələrimizdən çox asılıdır.
Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, dünyanın gələcəyi yalnız əməkdaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, sivilizasiyalararası dialoq üzərində qurulmalıdır: "Biz Azərbaycanda çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin. Bizim imkanımız var. Çünki bizim keçmişimiz, dediyim kimi imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm də keçmişdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda birgə yaşamışdır. Qeyd etdiyim kimi, biz bu gün həm Avropa Şurasının, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq, qarşılıqlı anlaşma olsun. Biz bundan sonra da öz rolumuzu bunda görürük".
Göründüyü kimi Bakıda keçirilən humanitar forumlar fundamental iqtisadi-siyasi-humanitar birgəliyin, mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir, dünyanı yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar edir. Bu cür qlobal miqyaslı tədbirlərin təşkili artıq ənənə halı almaqla, daha əlverişli məkana çevrilən Azərbaycanda baş verməklə dünyada bir humanitarizm platformasını və yeni yaxınlaşma fəlsəfəsini də ehtiva edir.
"Səs" Analitik Qrupu