PDF Oxu

Siyasət

  • 34

Siyavuş Novruzov: “Milli Şura" mitinq keçirmir, bu, bir dərnəyin toplantısıdır”

Siyavuş Novruzov: “Milli Şura" mitinq keçirmir, bu, bir dərnəyin toplantısıdır”

"Milli Şura" mitinq keçirmir, bu, bir dərnəyin toplantısıdır". SİA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov "Milli Şura"nın oktyabrın 12-sinə təyin olunan mitinqindən danışarkən deyib. "Xaricdən aldıqları maliyyə dəstəyi və tapşırıq əsasında piket keçirmək istəyirlər. Onların elə tərəfdarı yoxdur ki, mitinq keçirsinlər. Qanunvericiliyə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti onlara müvafiq yer ayırıb, gedib keçirsinlər" – deyə, YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, Milli Şura sonuncu sessiyasında oktyabrın 12-i Məhsul stadionunda mitinq keçirməyə qərar verib. Bir neçə gün əvvəl isə Bakı şəhər İcra Hakimiyyəti onların mitinq müraciətinə müsbət cavab verib. (AzVision.az)

sia.az

Digər xəbərlər