Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Respublika Partiyasının üzvü Robert Doldun ermənilərə verdiyi dəstəyi şərh edib. SİA bu barədə N.Məmmədovun "Twitter" səhifəsinə istinadən xəbər verir. "Respublikaçı Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir"- deyə, PA rəsmisi qeyd edib.Məlumat üçün nəzərinizə çatdıraq ki, Amerika Erməni Milli Komitəsi İllinoys ştatının 10-cu seçki dairəsindən Konqresə keçirilən seçkilərdə namizəd olan Robert Doldun namizədliyini dəstəkləyib. R.Dold isə Dağlıq Qarabağın separatçı rejimini dəstəklədiyini və qondarma "erməni soyqırımı"nın tanınmasına birmənalı olaraq dəstək verdiyini bildirib.
sia.az