PDF Oxu

Siyasət

  • 23

Samir Şərifov: “Azərbaycan iqtisadiyyatı 144 ölkə arasında 38-ci yerə yüksəlib”

Samir Şərifov: “Azərbaycan iqtisadiyyatı 144 ölkə arasında 38-ci yerə yüksəlib”

"Hesabat dövrü daxil olmaqla, cari ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə qeyd edildiyi kimi 2,5 faiz, onun qeyri-neft sektoru isə 6,0 faiz artıb". SİA-nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.Maliyyə nazirinin sözlərinə görə, ölkəmizin maliyyə mövqeyi daha da güclənib, məcmu valyuta ehtiyatlarımız 2014-cü il 1 oktyabr tarixinə 53,0 milyard ABŞ dolları səviyyəsinədək yüksəlib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8,0 faiz artım əldə edilib: "Məcmu valyuta ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olub. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, xarici dövlət borcumuzun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşıb. Ölkəmizin beynəlxalq qiymətləndirmə reytinqlərində əldə etdiyi yüksək iqtisadi mövqeləri də qorunub saxlanılıb.Dünyanın aparıcı üç beynəlxalq reytinq agentliyi tərəfindən ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqləri bir daha təsdiqlənib, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlib. Qeyd olunan reytinqlər Azərbaycan Respublikasının investisiya baxımından cəlbedici ölkələr sırasında aparıcı ölkələrdən biri olduğunu növbəti dəfə nümayiş etdirir".S.Şərifov bunun bariz nümunəsi kimi 2014-cü il sentyabrın 20-də Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edəcək "Cənub" qaz dəhlizinin Bakıda təməlinin qoyulmasını göstərib: "Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər ərzində Avropa enerji təchizatında rolunun daha da artmasına, dövlətimizin texnoloji və iqtisadi inkişafına, xalqımızın firavan yaşamaşına əlavə təkan verəcək.Təməli qoyulan çoxmilyardlı investisiya-qaz layihəsi 20 il əvvəl Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tarixi ənənənin davamı, Sizin, cənab Prezident, gərgin zəhmətinizin və siyasi məharətinizin nəticəsi olaraq, Avropanın enerji təminatı ilə bağlı ilk andan tutduğunuz mövqenin nə dərəcədə düzgün olduğunu sübut etdi və son illər ərzində yürütdüyünüz enerji strategiyasına verilən beynəlxalq dəstəyin miqyasını göstərdi.2014-cü ilin 9 ayında dövlət büdcəsinin mədaxili operativ məlumata əsasən 101,2 faiz yerinə yetirilməklə 14 milyard 71 milyon manat təşkil edib.Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 101,8 faiz əməl etməklə dövlət büdcəsinə 5 milyard 324 milyon manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 394 milyon manat və yaxud 8 faiz çox mədaxil təmin edib. Dövlət Gömrük Komitəsi isə 100,1 faiz və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123 milyon manat, yaxud 12,2 faiz çox mədaxil təmin edib. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 662,0 milyon manat və yaxud 17,5 faiz çox olmaqla, 4 milyard 454 milyon manat təşkil edib".Nazir diqqətə çatdırıb ki, 2014-cü ilin 9 ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib: "Cari ilin 9 ayında dövlət büdcəsinin xərcləri 12 milyard 694 milyon manat və yaxud 86,0 faiz icra olunub. Ötən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252,0 milyon manat və ya 8,9 faiz çoxdur.2014-cü ilin 9 ayında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil edib. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2 milyard 184 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44,0 milyon manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545,0 milyon manat vəsait yönəldilib".

sia.az

Digər xəbərlər