PDF Oxu

Siyasət

  • 40

“Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş forum keçirilir

“Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunmuş forum keçirilir

Bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20-ci ildönümünə həsr olunmuş Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üzrə forum keçirilir. SİA- nın məlumatına görə, tədbirdə Böyük Britaniyanın Parlamentinin Lordlar və Nümayəndələr Platasının yüksək vəzifəli şəxsləri Lord Risbi, Seynt Con Blesto, David Morris, Ceyms Vorton, Pol Gudmən, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, Milli Məclisin və ölkəmizin dövlət qurumlarının üzvləri, ARDNŞ-ın və "BP Azərbaycan" şirkətinin nümayəndələri və media işçiləri iştirak ediblər.Forumu giriş nitqi ilə açan ARDNŞ-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin daha da dərinləşdiyini bildirib: "Böyük Britaniyanın "BP" şirkəti ilə münasibətlərimizin tarixi 20 ili ötüb. Ötən müddət ərzində birgə yaradılmış neft və qaz ixrac boru kəmərləri sistemi böyük əhəmiyyət kəsb edir. Respublikamız dünyanın 30-dan çox ölkəsinə neft və neft məhsulları ixrac edir. Ölkəmiz Gürcüstan və Türkiyənin qaz təminatında əhəmiyyətli rola malikdir".R. Hüseynzadə Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın dərinləşməsinin SOCAR-la "BP" arasındakı məhsuldar və səmərəli münasibətlərin formalaşmasına bağlı olduğunu söyləyib: "Bu il sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bu layihə Xəzər regionundan Avropaya yeni enerji dəhlizi açacaq və beləliklə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu tarixi layihə çərçivəsində "BP"nin Azərbaycanla bilrlikdə olması, eyni zamanda iştirak payının artırılması strateji əməkdaşlığa verdiyimiz önəmin növbəti göstəricisidir".

sia.az

Digər xəbərlər