PDF Oxu

Siyasət

  • 22

Qabil Hüseynli: “Bu, ermənilərin tərbiyəsizliyini və səviyyəsizliyini göstərir” AÇIQLAMA

Qabil Hüseynli: “Bu, ermənilərin tərbiyəsizliyini və səviyyəsizliyini göstərir” AÇIQLAMA

"Hesab edirəm ki, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycana qarşı təxribata cəhd edən Ermənistan nümayəndə heyətinin əsas məqsədi dünya ictimaiyyətinin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq idi. Məhz buna görə də onlar iclasın protokoluna uyğun olmayaraq icazəsiz çıxış ediblər və hay-küy salıblar". Bunu SİA-ya politoloq Qabil Hüseynli AŞPA-nın payız sessiyasında Azərbaycana qarşı təxribata cəhd edən Ermənistan nümayəndə heyətinə AŞPA tərəfindən ciddi xəbərdarlıq edilməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, bütün bunlara baxmayaraq, işğalçı ölkə AŞPA-nın qəbul etdiyi qərara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzəçinin ayrılması məsələsinə mane ola bilməyiblər. Amma buna rəğmən onlar iclası müəyyən qədər pozmağa çalışıblar. İndiyədək AŞPA-nın iclasında belə bir şey görülməyib. Buna sadəcə olaraq küçə xuliqanlığı adı vermək olar. Təbii ki, bu, ermənilərin tərbiyəsizliyini, səviyyəsizliyini və beynəlxalq qurumlara hörmətsizliyini göstərir. Zənnimcə, ermənilər bununla da özlərini ifşa ediblər. Onlar sübuta yetiriblər ki, mədəniyyətdən, sivilizasiyadan uzaqdırlar və polemika, müsahibə məsələlərində nə qədər geridə qalırlar. Bu gün rəsmi Yerevan dünya ictimai fikrinin onlara qarşı üz döndərməsindən çox narahatdır. Təbii ki, onlar bu narahatçılıqlarını, nöqsanlarını aradan qaldırmaq əvəzinə hay-küy salmaqla guya bunu "düzəltmək" istəyirlər".

sia.az

Digər xəbərlər