PDF Oxu

Siyasət

  • 30

Mais Səfərli: “Müsavat Partiyasında ciddi reformalar aparılmalıdır” AÇIQLAMA

Mais Səfərli: “Müsavat Partiyasında ciddi reformalar aparılmalıdır” AÇIQLAMA

"Bu gün Müsavat Partiyasında çox ciddi proseslər gedir. Təbii ki, bu da əslində gözlənilən idi". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəylinin Müsavat Partiyası və Vurğun Əyyub haqqında səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər müəyyən mənada daxildəki stabilliyi qoruyub saxlaya bilirdi: "Hazırda isə orada çox ciddi iki qruplaşma mövcuddur. Həmin qrupların arasında ciddi çəkişmələr var. Hesab edirəm ki, Müsavat Partiyasında reformalar aparılmalıdır. Çünki müsavatçılar da yaxşı başa düşürlər ki, bu partiyada reformalar aparılmasa, İsa Qəmbərin zamanındakı kimi status-kvo qorunub saxlansa, Müsavat siyasi səhnədən silinməyə doğru gedəcək. Çünki partiya bu illər ərzində heç bir uğur qazanmayıb. Bu mənada orada ciddi böhran yaşanması qaçılmazdır".Qeyd edək ki, Mustafa Hacıbəyli bildirib ki, nə qədər katibələr, kabinetlər var idi, bir o qədər də Vurğun Əyyub Müsavatda idi. Hazırda isə bu olmadığına görə, V. Əyyub da Müsavatdan gedib.

sia.az

Digər xəbərlər