"Yaxın zamanda erməni dilini öyrənməyi düşünürəm. Bu mənim çoxdankı fikrimdir. Azərbaycanla münasibətləri kəskin olsa da, gündəmimizdə bir Ermənistan və erməni xalqı faktoru mövcuddur. Düşünürəm ki, bir sıra məsələləri birbaşa mənbədən öyrənsək düzgün olar. Təəssüf olsun ki, bu gün Azərbaycanda o dili bilən insanlar azlıq təşkil edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Millət vəkili onu da qeyd edib ki, İrəvan Dövlət Universitetində xüsusi olaraq Azərbaycan dili tədris olunur: "Onlar Azərbaycan dilinin bütün detallarını öyrənməyə çalışırlar. Bu baxımdan müəyyən materiallar toplamışam ki, bunun da gələcəkdə şəxsən mənim özümə faydası olacağını düşünürəm".
sia.az