"Tomas De Vaal Qərbin maraqlarını ifadə edir. Bu adam Amerikanın rəsmi şəxsi olmasa da, birbaşa ABŞ-ın Azərbaycana olan münasibətini ifadə edib". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı ABŞ-ın Dağlı Qarabağ məsələsindəki mövqeyini şərh edərkən deyib."Onsuz da Azərbaycan cəmiyyəti ABŞ-dan ədalətli mövqe gözləmir", - deyə qeyd edən BAXCP rəsmisi onu da bildirib ki, ABŞ-ın bu illər ərzində Qarabağla bağlı tutduğu mövqeyi bir daha onu göstərir ki, bunlar daha çox Ermənistanın milli maraqlarını qoruyurlar: "Sadəcə, Azərbaycanla enerji və digər bağlılıqları olduğu üçün acıq şəkildə danışa bilmirlər. BMT-nin 4 qətnaməsini indiyə kimi icra olunmur. Ukrayna da baş verən Krım hadisəsində dərhal ABŞ Rusiyaya sanksiyalar tətbiq etdi. Bunun eynisini bizə 22 il qabaq Ermənistanla Rusiya edib, niyə Ermənistana ABŞ bir dənə də olsun sanksiya tətbiq etməyib? Tomas De Vaal dəqiq bilir ki, ABŞ daha çox Ermənistanın maraqlarının təminatçısıdır və ona görə də bu cür fikirləri ilə Azərbaycana mesaj verir".
sia.az