PDF Oxu

Siyasət

  • 31

Qaradağda Heydər Əliyev Fondu tərəfindən daha bir xeyriyyə aksiyası

Qaradağda Heydər Əliyev Fondu tərəfindən daha bir xeyriyyə aksiyası

Oktyabrın 12-də Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində yerləşən 19 və 23 nömrəli birləşmiş şəhər xəstəxanalarında valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları üçün Heydər Əliyev Fondu tərəfindən sünnət aksiyası keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, əməliyyat 1-10 yaş arasında 120 uşaq üzərində aparılıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini, bu nəcib missiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinin həlli ilə bağlı gördüyü işləri xüsusi qeyd edib.

Aksiyada iştirak edən uşaqlar Heydər Əliyev Fondunun bu xeyirxah addımını sevinc hissi ilə qarşıladıqlarını deyib, diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də təqdim olunub.

AzərTAc

Digər xəbərlər